"Qəbələ"nin Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılıb.

Newsport.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçimiz  "Qəbələ”nin də rəqibi müəyyənləşib.


"Qırmızı-qaralar” 1-ci mərhələdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.

Bu cütüb qalibi 2-ci mərhələdə "Herta” (Almaniya) - "Lex” (Polşa) cütünün güclüsü ilə üz-üzə gələcək. 

Xatırladaq ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right