"Qarabağ"ın UEFA-dan qazancı müəyyənləşdi: itirilən milyonlar

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ" klubu milyonlar itirib.  

Newsport.az-ın məlumatına görə, ilk 3 mərhələdə iştirak üçün müvafiq olaraq 280, 380, 480 min - ümumilikdə 1 milyon 140 min avro qazanan Azərbaycan çempionu, Avropa Liqasının pley-off mərhələsində yarışacağı üçün 300 min avro əldə edəcək.  

"Qarabağ"ı mübarizədən kənarlaşdıran BATE klubu ilə ilk iki mərhələdə 860 min avro qazanıb və minimum 7,62 milyon avronu təmin edib.  Borisov təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın PSV klubunu keçə bilməsə, UEFA-dan 5 milyon avro, həmçinin Avropa Liqasının qrup mərhələsində iştirak ümün 2,62 milyon avro qazanacaq.  

Belarus çempionu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanasa, 15,25 milyon avroya sahib çıxacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right