Vaqner Silva rekorda imza atdı: "Qarabağ" qol buraxmadan irəliləyir

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında 4 oyun keçirib. Ağdam təmsilçisi I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını (0:1, 0:0) və Albaniya "Kukesi"sini (0:0, 3:0) mübarizədən kənarlaşdırmağı bacardı.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi ÇL-də qapısından qol buraxmayan iki komandadan biridir. Serbiyanın "Srvena Zvezda" klubu da 4 oyundan sonra qapısını toxunulmaz saxlamağı bacarıb.

Bundan əlavə, "Qarabağ"ın qapıçısı Vaqner da Silva yeni rekorda imza atıb. Braziliyalı əlcək sahibi Azərbaycan futbolunda avrokubok matçlarında ardıcıl 4 oyun qapısından qol buraxmayıb. Əvvəlki rekord isə İbrahim Şehiçə məxsus idi. Ötən mövsüm "Qarabağ"dan ayrılan bosniya və herseqovinalı "əlcək sahibi" ardıcıl 3 oyunda qapısında qol görməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right