"Qəbələ"nin futbolçusundan "Kukesi"yə dəstək

“Qəbələ”nin yeni transferi Sabien Lilay Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıda olan “Kukesi”ni ziyarət edib.

Newsport.az-ın məlumatına görə, klubun məskunlaşdığı otelə gedən 29 yaşlı yarımmüdafiəçi bəzi futbolçularla görüşüb. Ötən mövsüm “Skenderbeu”nun formasını geyinən Albaniya millisinin üzvü görüşdən çəkilmiş fotonu şəxsi “İnstagram” hesabında paylaşıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right