"Qarabağ"ı keçin, istədiyiniz mükafatı alın! – "Kukesi"nin prezidenti

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin prezidenti Safet Qiçi Malta “Valletta” ilə oyunlardan əvvəl futbolçulara vəd etdiyi 100 min avroluq mükafatı verib.

Newsport.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam klubu ilə matçdan (0:0) sonra komandanın çıxışından razı qalan prezident vədinə əməl edib. “Qarabağ”la avqustun 1-də keçiriləcək cavab görüşü öncəsi Qiçinin bu addımı komandada əhval-ruhiyyəni yüksəldib. Hətta o, futbolçulara yeni mükafat söz verib. Əgər “Kukesi” “Qarabağ”ı keçsə, oyunçular boş kağıza istədikləri məbləği yazacaqlar. Bu məbləğin isə əvvəlkindən çox olacağı gözlənilir. Çünki albanlar “Qarabağ”ı “Valletta”dan daha ciddi rəqib hesab edirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right