Almeyda və Enrike “Astana”da debüt etdi

Millimizin üzvü, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Qazaxıstanın “Astana” klubunda ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Mityulland”la ilk görüşündə debüt edib.

Almeyda matçın 76-cı dəqiqəsində meydana daxil olub. O, 81-ci dəqiqə sarı vərəqə almaqla fərqlənib.
“Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrike də “Astana”da debüt edib. Matçın start heyətində meydana çıxan braziliyalı yarımmüdafiəçi 85-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right