İliya Stolitsa: "Qarabağ" mərhələ keçdiyini düşünməməlidir"

"Biz çox yaxşı oyun sərgilədik. "Qarabağ"ın çox az qol imkanı oldu və bunlardan birini dəqiq tamamlaya bildi. Oyundan öncə heyətlə bağlı problemlərimiz var idi. Andrey Vomberqarın adını siyahıya daxil etmədiyimiz üçün üzgünük".

Newsport.az-ın məlumatına görə, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a 0:1 uduzduqları matçdan sonra deyib. 40 yaşlı çalışdırıcı cavab oyununda sərfəli nəticə qazanacaqlarına inandıqlarını bildirib:

"Oyunçularım əllərindən gələni etdilər. Yaxşı imkanlarımız olsa da, fərqlənə bilmədik. Amma bu, ilk oyun idi. Müsbət düşünmək üçün hər cür haqqımız var. Bugünkü oyunumuzu Bakıda sərgiləyə bilsək, yaxşı nəticə qazanarıq. "Qarabağ" mərhələ keçdiyini düşünməməlidir".

Gənc mütəxəssis İsah Abassın qırmızı vərəqə aldığı epizod barədə danışıb: "Bu barədə uzun danışmaq niyyətində deyiləm. Onu deyə bilərəm ki, bu dəqiqə hakimlər qırmızı vərəqələrin sayını artırıblar". 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesblı qələbəsi ilə başa çatıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right