"Olimpiya" "Qarabağ"la oyunlar üçün 23 futbolçu sifariş verdi SİYAHI

Sloveniyanın "Olimpiya" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

Newsport.az-ın məlumatına görə, Lyublyana təmsilçisi 23 futbolçu sifariş verib.  

Baş məşqçi İliya Stolitsa "Qarabağ"la qarşılaşmalarda 2 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçunun xidmətindən istifadə edə biləcək. Komanda ilk oyunun startına 24 saat qalmışa qədər daha bir oyunçunu heyətə əlavə edə bilər.  

Qapıçılar: 31. Alyaj İvaçiç, 41. Neyts Vidmar;

Müdafiəçilər: 3. Makki Baqnak, 4. Leo Eyup, 5. Marko Qayiç, 14. Mario Yurçeviç, 18. Adam Yakupoviç, 27. Aris Zarifoviç, 30. Branko İliç, 44. Dino Ştiqleç, 70. Marko Putinçanin;

Yarımmüdafiəçilər: 7. Rok Kronaveter, 8. Daniyel Mişkiç, 10. Qoran Brkiç, 23. Nik Kapun, 45. Matevj Turkuş, 90. Tomislav Tomiç;

Hücumçular: 15. Asmir Sulyiç, 17. Abbas İssa, 21. Kinqsli Boatenq, 22. Haris Kadriç, 77. Stefan Saviç, 95.Daniel Avramovski. 

Baş məşqçi: İliya Stolitsa.

Qeyd edək ki, tərəflər arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab görüşü isə 18-də Bakıda keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right