İstanbul Çempionlar Liqasının finalını qəbul edəcək

2020-ci ildə Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, turnirinin həlledici oyunu İstanbulda olacaq. Buna UEFA İcraiyyə Komitəsinin Kiyevdə keçirilən iclasında qərar verilib. Qarşılaşma Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı sonuncu dəfə 2005-ci ildə İstanbulda keçirilmişdi. Əsas və əlavə vaxtı 3:3 başa çatan qarşılşamanın penaltilər seriyasında “Milan”ı məğlub edən “Liverpul” kubokun sahibi olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right