Di Françesko: "Finala yüksələ bilməsək də, komandamdan razıyam"

“Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinalında “Liverpul”la keçirilən cavab oyunundan (4:2) sonra İtaliya mətbuatına açıqlama verib. 

Newsport.az xəbər verir ki, o, finala yüksələ bilməsələr də, komandasından razı qaldığını bildirib: “Roma” üçün turnirdə təcrübə vacibdir. Ancaq biz daha çox qol vura bilərdik. Bunun üçün yaxşı imkanlarımız oldu. Həqiqətən turnirlə vidalaşdığımız üçün çox məyusam. Amma futbolçularımı tərifləmək istəyirəm. Onlar ikinci hissədə ideal oynadılar".


Di Françesko matçın baş hakimi Damir Skominanın kobud səhvə yol verdiyi epizodlar haqda da danışıb: “Əlbəttə, hakim “Liverpul”un oyunçusuna qırmızı vərəqə və qapısına penalti versəydi, oyunu xeyrimizə dəyişə bilərdik. Ancaq biz də səhvlər etdik və bu bizə baha başa gəldi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right