"Barselona" və "Bavariya" 1/4 finalda Yenilənib

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Newsport.az xəbər verir ki, son gündə İngiltərə çempionu “Çelsi” səfərdə İspaniya nəhəngi “Barselona” ilə üz-üzə gələcək.

 

Digər görüşdə isə Türkiyə çempionu “Beşiktaş” səfərdə böyük hesabla uduzduğu Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.

 

Xatırladaq ki, “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya) və “Sevilya” (İspaniya) klubları artıq 1/4 finala vəsiqəni təmin ediblər.

14 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) - 1:3
Qollar:
 Alkantara, 18 (0:1), Gökan Gönül,46-avtoqol (0:2), Vaqner Lav, 59 (1:2), Sandro Vaqner, 84 (1:3)
İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0
Qollar:
 Lionel Messi, 3, 63, Usman Dembele, 20
İlk oyun – 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right