ÇL-da 1/8 final mərhələsinin bütün cütləri məlumdur

Xəbər verdiyimiz kimi bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, mərasimdə 16 klubun rəqibləri müəyyənləşib. Belə ki, İsveçin Nyon şəhərində baş tutan püşkatma mərasimində bütün rəqiblərin adına aydınlıq gəlib.

Sizə 1/8 finalda qarşılaşacaq cütləri təqdim edirik:

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13-14 fevral və 20-21 fevralda, cavab görüşləri isə 6-7 və 13-14 martda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right