"Qarabağ"ın məğlubiyyəti

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 5-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu doğma meydanda “Çelsi”ni qəbul edib.  Matça yaxşı başlayan “Köhlən atlar” artıq oyunun ilk dəqiqələrindən rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaradıb. Lakin görüşün 21-ci dəqiqəsində hakim müdafiəçimiz Rəşad Sadıqova qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb. Qapımıza təyin olunan penaltini qonaqların hücumçusu Eden Hazard yerinə yetirərək komandasını irəli çıxarıb. Referinin açıq-aşkar kobud səhvindən sonra hücumlarının kəsərini artıran qonaqlar, 15 dəqiqə sonra “Çelsi”nin braziliyalı futbolçusu Wilian ilə fərqi 2 topa çatdırıb. Ilk hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində də maraqlı hadisələr cərəyan edib. Beləki hakim bu dəfə də komandamızın qapısına penalti təyin edib. Bununla da o, oyunçularda qalan son ümidi də məhv edib. Topa yaxınlaşan Sesk Fabireqas komandasının üstünlüyünü üç topa çatdırıb. Qarşılaşmanın son dəqiqələri londonluların üstünlüyü şəraitində keçib və matçın 85-ci dəqiqəsində Wilian özünün ikinci, komandasının dördüncü topunu vuraraq, matçda son nöqtəni qoyub. (0-4)

Qeyd edək ki, qrupun digər qarşılaşmasında “Roma” səfərdə “Atletiko Madrid”in qonağı olacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right