Bu gün Avropanın bir çox yerində UEFA Çempionlar Liqası həyəcanı yaşanacaq

Bu gün UEFA Çempionlar Liqasının E, F, G və H qruplarında növbəti oyunlar keçiriləcək.

Newsport.az xəbər verir ki, G qrupunda “Beşiktaş” evdə “Portu” ilə qarşılaşacaq. Bu matçda “qartallar”a 1/8 finala vəsiqə qazanmaq üçün heç-heçə də sərf edir. Qrupun digər oyununda isə ilk 4 turdan sonra hələ də qələbəyə həsrət olan “Monako” 4 xala malik “Leyptsiq”i qəbul edəcək.

F qrupunda “Napoli” evdə “Şaxtyor”la qarşılaşacaq. Bu matç Neapol təmsilçisinin qrupdakı taleyinə aydınlıq gətirəcək. İtalyanlar doğma azarkeşləri önündəki matçdan 3 xalla ayrılacağı halda, növbəti mərhələyə vəsiqə şanslarını qoruyub saxlayacaq. Bu qarşılaşmada qeydə alınacaq başqa nəticə isə Donetsk təmsilçisini 1/8 finala daşıyacaq.

E qrupunda əsas diqqət “Sevilya” - “Liverpul” oyununa yönələcək. “Qırmızılar” ispanlarla matçdan 3 xalla ayrılacağı təqdirdə, son turdan öncə növbəti mərhələyə vəsiqə qazanacaq. Əndəlus təmsilçisi isə bu qarşılaşmada qalib gəlməyəcəyi halda, işini bir xeyli çətinləşdirmiş olacaq.

H qrupunda Dortmund “Borussiya”sının taleyinə aydınlıq gələ bilər. “Sarı-qaralar” doğma meydanda artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Tottenhem”i məğlub etməsə, 1/8 final arzularının üzərindən xətt çəkməli olacaq. “Real” isə səfərdə APOEL-i üstələsə, növbəti mərhələyə vəsiqəni təmin edəcək. Belə olacağı təqdirdə, “Borussiya”ya “Tottenhem” üzərində qələbə də kifayət etməyəcək.

ÇL-dəki təmsilçimiz “Qarabağ” sabah meydana çıxacaq. Ağdam təmsilçisi “Çelsi”ni qəbul edəcək.

Çempionlar Liqası, 5-ci tur

21 noyabr

E qrupu

21:00 Spartak (Rusiya) - Maribor (Sloveniya)
Zədəli: Yano Ananidze, Georgi Tiqiyev (hamısı “Spartak”), Lorenso Malqarexo, Andrey Yesçenko (şübhəli, hamısı “Spartak”), Denis Şme, Aleksandr Raykeviç, Luka Zahoviç (hamısı “Maribor”)
Cəzalı: Georgi Cikiya (Spartak)
Baş hakim: Vilyam Kollum (Şotlandiya) 
Yer: Moskva. “Otkrıtie Arena”

23:45 Sevilya (İspaniya) - Liverpul (İngiltərə)
Zədəli: Daniel Karriso, Nikolas Parexa (hamısı “Sevilya”), Joel Matip (Liverpul), 
Cəzalı: Yoxdu
Baş hakim: Feliks Brik (Almaniya)
Yer: Sevilya. “Ramon Sançes Pisxuan” stadionu


F qrupu

23:45 Mançester Siti (İngiltərə) - Feyenoord (Hollandiya)
Zədəli: Con Stounz, Benjamin Mendi (hamısı “Mançester Siti”), Yan-Arye van der Heyden, Erik Botteqin (hamısı “Feyenoord”)
Cəzalı: Kərim Əl Əhmədi (Feyenoord)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Yer: Mançester. “Siti of Mançester” stadionu

23:45 Napoli (İtaliya) - Şaxtyor (Ukrayna)
Zədəli: Fauzi Qulam, Arkadiuş Milik (hamısı “Napoli”), Sergey Krivtsov, Maksim Malışev (hamısı “Şaxtyor”)
Cəzalı: Kalidu Kulibali (Napoli), Dario Srna (Şaxtyor)
Baş hakim: Damir Skomina (Sloveniya) 
Yer: Neapol. “San Paolo” stadionu

G qrupu

21:00 Beşiktaş (Türkiyə) - Portu (Portuqaliya)
Zədəli: Pepe (şübhəli, “Beşiktaş”), Mussa Mareqa, Fransisko Soares (hamısı “Portu”)
Cəzalı: Yoxdu
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Yer: İstanbul. “Beşiktaş Park” stadionu

23:45 Monako (Fransa) - Leyptsiq (Almaniya)
Zədəli: Cibril Sidibe, Soaliho Meyte, Tomas Lemar (hamısı “Monako”), Joao Moutinyo, Qabriel Boşilya (şübhəli, hamısı “Monako”), Stefan İlsanker (Leyptsiq) 
Cəzalı: Yoxdu
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Yer: Monako. “II Lui” stadionu

H qrupu

23:45 APOEL (Kipr) - Real (İspaniya)
Zədəli: Keylor Navas, Mateo Kovaçiç (şübhəli, hamısı “Real”), Qaret Beyl (Real), Jivko Milanov, Fakundo Bertolyo (hamısı APOEL) 
Cəzalı: Yoxdu
Baş hakim: Artur Dias (Portuqaliya)
Yer: Nikosiya. GSP stadionu

23:45 Borussiya (Dortmund, Almaniya) - Tottenhem (İngiltərə)
Zədəli: Tobi Aldervayreld, Viktor Vanyama (hamısı “Tottenhem”), Lukaş Pitsçek, Erik Durm, Sebastian Rode (hamısı “Borussiya”), Sokratis Papastopulos (şübhəli, “Borussiya”) 
Cəzalı: Yoxdu
Baş hakim: Klement Turpin (Fransa)
Yer: Dortmund. “Siqnal İduna Park” stadionu

Bombardirlər: Ronaldo (Real) -6 , Keyn (Tottenhem) - 5. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right