"Qarabağ"ın futbolçusu artıq ÇL-da oynaya bilməyəcək

UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Atletiko” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib.

Newsport.az xəbər verir ki, UEFA İntizam Komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Bu o deməkdir ki, Pedro üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. 

Qeyd edək ki, Enrike ÇL-in 4-cü turunda Madriddə “Atletiko” ilə matçda rəqib müdafiəçi Dieqo Qodinə qarşı kobud oynamış və birbaşa qırmızı vərəqə almışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right