"Qarabağ" Madriddən 10 nəfərlə xalla dönür Yenilənib

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.

Newsport.az-ın xəbərinə görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmaq  niyyətindədir.

Bugünkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər.

“Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var. Qurban Qurbanovun komandası səfərdə uduzsa və “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, çempionumuz qrupdan çıxmaq şansını itirəcək.

31 oktyabr

Çempionlar Liqası

C qrupu

“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1:1 
Qollar: 
Miçel, 40 (0:1), Thomas, 56 (1:1)
Qırmızı vərəqə: Pedro Enrike, 59 ("Qarabağ"), Saviç, 88 ("Atletiko"
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right