Qurban Qurbanov: "Fikrimcə hakim yanlış qərar verdi

UEFA Çempionlar Liqasının qrup mərhələsində evdə “Atletiko” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 - Futboçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Futbolçularımız çox əziyyət çəkib, özlərində güc tapıb, xal qazandılar. Azarkeşlərimizə də təşəkkür edirəm. Çox vacib xal qazandıq. Bunun komandama faydası olacaq.

- “Qarabağ” əvvəlki oyunlarda niyə belə çıxış etmirdi? Komandada nə çatmırdı?

- Hamıya məlumdu, işə yeni başlayanda həyəcan çox olur. Bu gün heç-heçə etdik, o demək deyil ki, istədiymiz oyunu göstərdik. Çatışmayan cəhətlərimiz var idi. Getdikcə daha da düzgün oynamağa çalışacağıq.

- Ndlvou ilə söhbət etdinizmi? O, sizə epizodla bağlı nə dedi?

- Fikrimcə, hakim yanlış qərar verdi. Daha əvvəl də bunabənzər epizodda vərəqə vermişdi. Futbolda belə şeylər olur. O özü də üzgün idi, normal qarşıladıq.

- Oyunçularınız çox fiziki güc sərf etdi. Bu növbəti matçlarda komandanıza mənfi təsir edə bilərmi? Sizcə, bərpa müddəti çox çəkməyəcək?

- Bəli, çox güc itirdilər. Rəqib də bizdən bunu tələb edirdi. Bir daha şahid olduq ki, ÇL fərqli bir yarışdı. Burda fiziki güc lazım olur. Hər belə sürətli, mübarizəli oyunlardan sonra futbolçularda problemlər olur. Bu cür ağır matçlar ilboyu bizə yaddı. Futbolçularım buna dözdüsə, sevinirəm. Bütün rəqiblərimiz bizdən üstündü, onlar il ərzində 50-60 belə görüşə çıxır. Amma bizdə belə olmur. Yəqin ki, bərpaya vaxt daha çox lazım olacaq.

- Gerye psixoloji cəhətdən hazır idimi? Onu meydana buraxmağa nə ehtiyac var idi?

- Çox ağır itki oldu. Övlad itirmək çox ağırdı. Komanda olaraq onun yanında olduq. 2 gün bizimlə olmadı, mənimlə görüşdən sonra məşqə qoşuldu. Futbol elə oyundu ki, çox ağrıları unutdurur. Ona ehtiyacımız var idi, amma bu vəziyyətdə belə sağ olsun ki, çıxış etdi.

- Bədavinin zədəsi necədi?

- Həkimlər haqqında heç də xoş şey demədi. Dizində ağrılar var. MRT müayinəsindən sonra bilinəcək. Sabah günorta tam aydınlıq gələcək durumuna.

- Son 3 dəqiqədə nə düşünürdünüz? Hansı ki, qapımıza təhlükəli mövqedən cərimə zərbəsi təyin edilmişdi...

- Tanış olaylardı. Orada anlaşılmazlıq oldu. Mən də narazı idim, laysman ofsayd bayrağını qaldımrışdı. Amma sonradan analiz etdik referi haqlı idi. Düşüncəm meydanda, oyunda idi.

- Dinonun mövqeyində cavab matçında kimi meydana buraxacaqsınız? Ümumiyyətlə, vərəqənin ləğv edilməsi üçün UEFA-ya müraciət edəcəksiniz?

- Elə də çox imkanımız yoxdu. Ramil Şeydayev və Mahir Mədətov var. Epizoda baxacağıq. Müraciət etməyə ehtiyac yoxdu. Futbolda səhvlər olur. Əvvələr bir dəfə müraciət etdik, nəticəsi olmadı. Bu cür hadisələr normaldı, sadəcə, biz nadir hallarda böyük turnirlərdə iştirak edirik. Digər klublar üçün bu normal haldı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right