Saul: "Fikrimizi "Qarabağ"la oyuna yönəltmişik"

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Atletiko”nun oyunçusu Saul Niqes ölkəsinin mətbuatına danışıb.

Newsport.az-ın məlumatına görə, o, Ağdam klubu ilə Bakıdakı oyunda qalib gəlməli olduqlarını bildirib:

"Çempionlar Liqası bizim üçün çox vacibdir. Xala ehtiyacımız var. Bütün fikrimizi "Qarabağ"la oyuna yönəltmişik. Bakıdan 3 xalla dönməliyik. Bu çox zəruridir. "Barselona" ilə ağır oyundan sonra özümüzü ÇL-də də sübut etməliyik". 

Qeyd edək ki, sözügedən matç oktyabrın 18-i saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right