Çl-də həftənin ən yaxşısı məlum oldu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

O, səslərin 35 faizini toplayıb. Neymar (PSJ) 2-ci, Harri Keyn  ("Tottenhem") 3-cü olub.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə oyunda (3:1) dubl edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right