Çempionlar Liqasının finalının Bakıda keçirilmə şansları artdı

Sabah 2018/19 mövsümü üzrə Çempionlar Liqasının final matçının hansı stadionda keçiriləcəyi açıqlanacaq.

Newsport.az-ın məlumatına görə, namizəd olan 2 məkandan birinin Bakı Olimpiya Stadionu (BOS) olması həlledici görüşün paytaxtımızda oynanılması şansının mümkünlüyünü artırır.

BOS-un rəqibi isə Madrid “Atletiko”sunun yeni istifadəyə verilmiş “Wanda Metropolitano” stadionudu. Amma bu gün İspaniya mətbuatında çıxan xəbərlərə görə final Bakıda olacaq. Buna səbəb Madriddəki arenada yetərincə VİP yerlərin olmamasıdı. Sözügedən stadionun cəmi 7000 min VİP oturacağı var. Bu səbəbdən UEFA prineylilərə müsbət cavab verməyib.

Belə olan halda yerdə qalan digər namizəd Bakının isə şansları yetərincə çoxalıb. Həmçinin, Bakını şanslı edən cəhətlərdən biri də, Azərbaycan tərəfinin bəzi vergi məsələlərində güzəşt edəcəyi ilə bağlı vədləridi. 

Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilən BOS-un tamaşaçı tutumu 69 870 nəfərdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right