Olimpiya stadionunun qazonu ÇL üçün yararsızdır: İşlər başladı

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyi düşünür. Amma ölkənin ən çox tamaşaçı tutumuna malik stadionunun ot örtüyü yaxşı vəziyyətdə deyil.

Newsport.az-ın məlumatına görə, bir müddət öncə tamamilə yararsız halda olan qazon indi yaşıl olsa da, tam ideal vəziyyətdən çox uzaqdır. Yəni bu gün Olimpiya Stadionunda ÇL oyunlarını keçirmək olmaz. Ot örtüyü yaşıl görünsə də, meydançanın müxtəlif yerləri torpaqdır.

Qeyd edək ki, UEFA nümayəndələrinin Azərbaycana səfər edəcəyi xəbəri çıxdıqdan sonra Olimpiya stadionunda işlərə start verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right