Miçel: "Çətin qrupda yer almışıq"

"Əlbəttə, bilirdik ki, "Qəbələ"ylə çətin qarşılaşma olacaq. “Kopenhagen”lə ağır görüşdən sonra fiziki səviyyədə güclü olan komandaya qarşı oynadıq. Komandamız özünü yaxşı göstərdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera deyib. Klubun rəsmi "Facebook" səhifəsinə verdiyi açıqlamada ispan futbolçu Çempionlar Liqasının son püşkatmasına da münasibət açıqlayıb:

 “Aydın məsələdir ki, çətin qrupda yer almışıq. Üstəlik “Atletiko” son 3 ildə 2 dəfə ÇL-in finalında oynayıb. Təcrübəli komandalardır. Rəqiblərimizlə oyunlar səfərdə çox çətin olacaq. Ancaq doğma divarlar arasında azarkeşlərimizin dəstəyilə nəticə əldə etməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right