"Yalnız Çempionlar Liqasının qrupunu düşünürük" - Solbakken

“Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib. 

O, Ağdam klubunu 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Makedoniya "Vardar"ı ilə müqayisə edib. 

"Qarabağ”ın milli komanda üzvü olan xeyli oyunçusu var. Yarımmüdafiə xəttində çıxış edən 3 futbolçu 2 ildir bir yerdə oynayır. Müdafiə xəttindəki 4 futbolçu da inamlı oyunu ilə seçilir” – deyə o qeyd edib. 

Solbakken Avropa Liqasının qrup mərhələsi haqda düşünmədiklərini, komandasının yalnız mərhələ keçməyə kökləndiyini bildirib: "Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şey edəcəyik. Ancaq bunu düşünürük. İlk qolu biz vursaq, vəziyyət dəyişəcək. Çempionlar Liqasında  son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq”. Komandamız get-gedə artırır. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq. Komandamız get-gedə artırır. Zədəsini bərpa edən yeni oyunçular fiziki hazırlıqlarını qaydasına saldıqdan sonra daha da yaxşı olacaqlar. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq".

Qeyd edək ki, "Kopenhagen" "Qarabağ"la cavab görüşünü avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Ötən həftə Bakıda təşkil olunmuş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right