"Kopenhagen" "Qarabağ" səddini keçməsə, buna cavab verməli olacaqlar"

Danimarka millisinin sabiq baş məşqçisi Stiq Teftinq "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan "Kopenhagen" klubu barədə açıqlama verib.
 

Newsport.az-ın məlumatına görə, veteran futbolçu "Kopenhagen"in ÇL-dəki şanslarından danışıb:

"Kopenhagen" çempionatın son matçında üstün oyun nümayiş etdirmədən qələbə qazandı. Artıq mən buna təəccüblənmirəm. Onlar əvvəlki kimi üstün oynamırlar. Düzdür, "Kopenhagen" Çempionlar Liqasında da çıxış edir. Ancaq "Qarabağ"la matçda necə oynayacaqlarını bilmirəm. Komandanın oyununu heç də bəyənmirəm. "Qarabağ"la görüş "Kopenhagen" üçün dönüş nöqtəsi də sayıla bilər. Əgər "Kopenhagen" bu səddi keçə bilməsə, buna cavab verməli olacaqlar".

Xatırladaq ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. İlk oyunda Ağdam klubu 1:0 hesablı qələbə əldə edib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right