"Qarabağ" sabah yola düşür

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” sabah Danimarkaya gedəcək.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu saat 18.00-da çarter reysi ilə Kopenhagenə yola düşəcək.

Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin "Kopenhagen" - "Qarabağ" oyunu avqustun 23-ü keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçında təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right