Qurban Qurbanov yenə həmkarını qabaqlayacaq

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Kopenhagen” (Danimarka) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Newsport.az-ın məlumatına görə, Avqustun 14-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:10-da media mənsublarının önünə çıxacaq. Təmsilçimizin son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Kopenhagen”in baş məşqçisi Steyl Solbakken isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Danimarka təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
 Qeyd edək ki, "Qarabağ" tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right