Respublika Stadionunda "Goal line" sistemi qurulur

Tofiq Bəhramov adına Respublika stadionunda "Goal line" sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulur.

Newsport.az-ın məlumatına görə, quraşdırma işləri artıq yekunlaşmaq üzrədir.

UEFA-nın tələblərinə əsasən qurulan bu sistemin məqsədi - topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirməkdir. "Goal line” sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində, avqustun 15-də keçirəcəyi "Kopenhagen”lə ilk oyununda tətbiq olunacaq.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right