"Bütün Azərbaycanı, "Qarabağ" sevərləri, futbolu sevən hər kəsi təbrik edirəm" Qara Qarayev

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsininin cavab oyunları çərçivəsində keçirilən “Şerif” – “Qarabağ” (1-2) matçından sonra ağdamlıların futbolçusu Qara Qarayev newsport.az saytına müsahibə verib.

- Əvvəlcə tarixi qələbə münasibəti ilə sizi təbrik edirik. İlk təəssüratlarınız necədir?

 - Çox şükür Allaha ki, qələbə qazandıq. Bütün Azərbaycanı, "Qarabağ" sevərləri, futbolu sevən hər kəsi təbrik edirəm. Bugünkü qələbə bir tarixdir. Amma bu qalibiyyətdən sonra məsuliyyətimiz daha da artır. Bundan sonra daha diqqətli olmalıyıq. Bizi çox ağır bir mərhələ, Çempionlar Liqasını pley-off mərhələsi gözləyir.

- Pley-offdan gözləntiniz nədir?

- Bu, Çempionlar Liqasıdır və burada çempionlar oynayır. Rəqib zəif olmayacaq.Biz öz oynumuzu oynayıb irəli getməyə çalışacayıq.

- Sonda azarkeşlərə sözünüz...

- Bütün Azərbaycanı və azarkeşlərimizi təbrik edirəm. Bundan sonra hamımızın məsuliyyəti böyükdür. Onlar bizə həmişə inanıblar. Biz birlikdə bu uğurlara nail olmuşuq. Bundan sonra da onların dəstəyi ilə daha böyük uğurlar qazanacağımıza inanıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right