"Bizi çətin iki oyun gözləyir" "Şerif"in futbolçusu

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Moldovanın "Şerif" klubunun qapıçısı Zvonimir Mikuliç açıqlama verib.

Newsport.az-ın məlumatına görə,  27 yaşlı qolkiper çətin keçən "Kukesi" matçından sonra "Qarabağ"la oyuna köklənməli olduqlarını bildirib:

"Hər iki qarşılaşma ağır keçdi. Mərhələni əzmkar komanda şəklində aladıq. Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlarımız var. Bu qrafik artıq bizim üçün adiləşib. Hər şeyi unutmalı və "Qarabağ"la oyuna köklənməliyik. Bizi çətin iki oyun gözləyir".

Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasında ilk oyun iyulun 25-i Bakıda, saat 21:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right