"Qarabağ" üçün şad xəbər

Çempionlar Liqasında III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq Moldovanın "Şerif" komandası Bakıya ciddi itki ilə gələcək.

Newsport.az-ın məlumatına görə, Moldova təmsilçisinin futbolçusu De Noolyer ÇL-in II təsnifat mərhələsinin Albaniya "Kukesi"si ilə cavab matçında qırmızı vərəqə alaraq Ağdam klubu ilə Bakıda baş tutacaq ilk matçı buraxmaq məcburiyyətində qalıb. Görüşün 77-ci dəqiqəsində ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulan "Şerif"in aparıcı futbolçusu Bakıdakı matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right