Alleqri: "Növbəti mövsüm yenə eyni məqsədlər üçün oynayacağıq"

"Yuventus" Çempionlar Liqasının finalında "Real"a 1:4 hesabı ilə uduzub və turniri 2-ci yerdə tamamlayıb.

Newsport.az-ın məlumatına görə, Turin klubunun çalışdırısı Massimilyano Allerqi oyundan sonra fikirlərini bildirib:

“Bu mövsüm əldə etdiklərimizlə qürur duymalıyıq. Bura titulu qazanmaq üçün gəlmişdik. Ancaq planımız alınmadı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə psixoloji cəhətdən təslim olduq. Biz toparlanmalı, konsentrasiyamızı itirməməliydik. İlk hissədə çox energi itirdik. Topa nəzarət zamanı da tələsirdik. Ancaq sakitliyimizi qorumalıydıq. Fasilədən sonra oyunda qalmaq üçün əlavə enerji tapmalıydıq. Növbəti mövsüm yenə də eyni məqsədlər üçün oynayacağıq. Bu vəzifələri həyata keçirmək üçün yetərli heyətimiz var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right