ÇL-da püşkatma mərasiminin vaxtı açıqlanıb

UEFA Avropa Liqası və Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi vaxt məlum olub.

Newsport.az  saytının məlumatına görə, İsveçrənin Sion şəhərində keçiriləcək tədbir aprelin 21-də baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. 15:00-da isə Avropa Liqasının yarımfinal mərhələsinin cütlükləri bəlli olacaq.

1/4 final mərhələsində olduğu kimi, yarımfinalda da iki ölkənin təmsilçisi bir-birinə rəqib ola bilər.

 

Çempionlar Liqasında yarımfinala “Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) klubları yüksəliblər.

 

Avropa Liqasında isə yarımfinalçılar aşağıdakı cütlüklərdən sonra bəlli olacaq:

 

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)
“Genk” (Belçika) – “Selta” (İspaniya)
“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)
“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz