"Yuventus"və "Monako" yarımfinalda YENİLƏNİB

Bu gün futbol üzrə Çempionlar Liqasında daha iki yarımfinalçı müəyyənləşəcək. 
 
Newsport.az-ın məlumatına görə, bu, biri İspaniyada, digəri Fransada keçiriləcək 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.
 
1/8 final mərhələsinin ilk matçı çərçivəsində Fransada PSJ klubuna 0:4 hesabı ilə uduzub, cavab görüşündə 6:1 hesabı ilə qalib gələn "Barselona”nı indi daha çətin tapşırıq gözləyir. Kataloniya təmsilçisi yarımfinala vəsiqə qazanmaq üçün "Yuvnetus”dan Turindəki 0:3 hesablı yenilginin əvəzini çıxmalıdır. "Barsa”ın heyətində Aleş Vidal ilə Rafinya, "Qoca Sinyora”dan isə Marko Pyatsa zədə üzündən meydana çıxa bilməyəcək. 
 
Dortmund "Borussiya”sının işi isə daha çətindir. Almaniyada "Monako”ya 2:3 hesabı ilə uduzmaq öz yerində, Dortmund klubu cavab qarşılaşmasında Mark Bartra, Mario Götse və Andre Şürrle kimi zədəli futbolçularının xidmətindən yararlana bilməyəcək. Fransa təmsilçisinin heyətində isə Cibril Sidibe, Qabriel Boskilya və Quido Karrilyo zədəli, Fabinyo cəzalıdır. 
 
Qeyd edək ki, bu gecə baş tutan 1/4 final mərhələsinin ilk cavab matçlarından sonra "Real Madrid” (İspaniya) və ”Atletiko” (İspaniya) yarımfinala yüksəlib. 
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
19 aprel
 
 
22:45. "Barselona” (İspaniya) -  "Yuventus” (İtaliya) 0-0
Baş hakim: Byorn Keypers (Hollandiya)
İlk oyun – 0:3
 
22:45. Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) 2-1
Qollar: Mbappe, 4, Falkao, 17; Roys, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 3:2.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right