Çempionlar Liqasında yeni top FOTO

2016/17 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində komandaların hansı topla oynayacağı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yeni dizaynla hazırlanan topun üzərinə xüsusi cizgilər çəkilib.
 
Bundan başqa topun üzərinə bəzi mesajlar yazılıb. Ki, bunların da müəllifləri Məsut Özil, Toni Kross, Xames Rodriqes, Qaret Beyl kimi futbolçulardı.
 
Məsələn, topun üzərindəki "Həyatınızı oynayın, mən özümünkünü oynayıram" mesajı Özilə məxsusdu. "Oyuna nəzarət etmək hər şeydir" mesajı isə Krossundu. Rodriqes isə "Yaradıcılıq qazanır" mesajını verib. "Güllədən sürətli olmaq" mesajı isə "Real"ın ulduz futbolçusu Beylə aiddi.
 
Qeyd edək ki, top "Adidas" firması tərəfindən hazırlanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right