Stavrev və briqadası “Qarabağ” üçün Çexiyaya gedəcək

Azərbaycan çempionu "Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya” ilə keçirəcəyi ilk oyunun hakimləri məlum olub.

Newsport.az-ın məlumatına görə, "Dusan Arena”da baş tutacaq qarşılaşmada makedoniyalı hakimlər briqadası iş başında olacaq.
 
Baş hakim Aleksandar Stavrevə həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.
 
Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi funksiyasını isə rumıniyalı İonel Piskanu yerinə yetirəcək.
 
Qeyd edək ki, "Viktoriya” - "Qarabağ" matçı iyulun 26-da, Bakı vaxtı ilə 22:15-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right