“Düdelanj”ın kapitanı: “Faciə deyil”

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” öz meydanında Lüksemburqun "Düdelanj” klubunu 2-0 hesabıyla məğlub edib. Matçdan sonra "Düdelanj”ın kapitanı Conatan Juber Newsport.az saytına müsahibə verib:
 
- Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- İlk hissədə oyunumuz alınmadı. Hücumlar qurmaqda çətinlik çəkirdik. Çətin və ağır oyun keçdi. Bir qol vursaydıq, yaxşı olardı.
 
- Cavab matçında şanslarınızı necə qiymətləndirirsiniz?
- Çalışacağıq. Amma bu, çətin olacaq. "Qarabağ” çox güclü komandadı. Öz meydanımızda oynadığımız üçün şasnlarımız var. Oyundan əvvəl də cütün favoriti kimi "Qarabağ” göstərilirdi. Məğlubiyyətimiz faciə deyil.
 
- Sizcə, "Düdelanj”ın oyunu niyə alınmadı?
- "Qarabağ”ın yarımmüdafiə xətti çox güclü idi. Mən Riçard Almeyda və Migel Maderanı qeyd edərdim. İlk hissədə hər iki futbolçu meydanda ağalıq edirdi. İkinci hissədə fikir verdinizsə, biz onlara oynama imkan vermədik. Buna görə də ikinci hissədə rəqib bizə qol vura bilmədi. Amma təəssüflər olsun ki, biz də fərqlənə bilmədik.
 
- "Düdelanj”ın stadionu bərbad gündədir…
- Ot örtüyü normaldır. Amma oyun gününə qədər hər şeyin qaydasında olacağına ümid edirəm. Narahat olmayın (gülür)
 
- Baş məşqçiniz oyun başa çatan kimi futbolçuları ətrafına topladı və söhbət etdi. Sir deyilsə, Topmöller oyunçulara nə deyirdi?
- İkinci hissədəki oyunumuza görə bizə təşəkkür etdi. O, bizə heç nəyin bitmədiyini söylədi. Topmöller gənc mütəxəssisdir. Cavab matçında onu sevindirməyə çalışacağıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right