Gecənin sürprizi: “Seltik” Cəbəlütariq klubuna uduzdu, qolu polis işçisi vurdu

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçlarda gecənin sürprizi Cəbəllütariqdə qeydə alınıb. 
 

Newsport.az-ın məlumatına görə, öz meydanında Şotlandiya nəhəngi "Seltik”i qəbul edən "Linkoln” komandası minimal hesablıq ələbə qazanıb – 1:0. 
 
Məşhur baş məşqçi Brendan Rocersin çalışdırdığı "Seltik”in yarımpeşəkar komandaya məğlub olması hamı üçün gözlənilməz olub.

Maraqlı məqam burasındadı ki, "Linkoln”ə qələbə qazandıran qolun müəllifi olan Li Kaskiaro peşəkar futbolçu deyil. O, ölkəsində polis işçisi kimi fəaliyyət göstərir.

12 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu 

22:00. “Linkoln” (Cəbəllütariq) - "Seltik” (Şotlandiya) - 1:0

Qol: Li Kassiaro, 48

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right