“İstədiyimiz oyunu sərgiləyə bilmədik” – Mahmud Qurbanov

"Səbail" Azərbaycan Premyer Liqasının II turunun oyununda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İlk qələbəmizi qazanmaq istəyirdik. Oyuna heç də pis başlamamışdıq. İkinci hissədə rəqibin bir əks-hücumu qolla nəticələndi. Futboldur, hərə bir oyun sistemi seçir. Müdafiədə daha diqqətli idilər, daha çox idilər. Müdafiəni yarmaqda problemlərimiz göründü. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, xallar qazanaq.

- Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?

- Elə bir iradım yox idi. Oyun zamanı olur, bəzi epizodlar mübahisəli idi. Düşünürəm ki, orada fərqli qərarlar qəbul etmək lazım idi. Hakimlər də səhv edir. 

- "Turan Tovuz" güclü oynayıb qələbə qazandı, yoxsa "Səbail" zəif oynadı?

- Düşünürəm ki, "Turan Tovuz" yaxşı müdafiə olundu. Biz də istədiyimiz oyunu oynaya bilmədik. Əsas da cinahlarımız fəal deyildi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right