Azərbaycanlı futbolçu Türkiyədə oynamayacaq, Premyer Liqaya qayıdır

Ötən mövsümü Türkiyədə birinci liqa təmsilçisi "Keçiörengücü"ndə oynayan Vüsal İsgəndərli yeni mövsümə böyük ehtimalla Azərbaycan Premyer Liqasında başlayacaq.

Newsport.az saytına verilən məlumata görə, Türkiyə klubları ilə danışıq aparan və maddi məsələlərə görə razılıq əldə edə bilməyən vinger yeni mövsümə Azərbaycanda başlayacaq.

İsgəndərli artıq Premyer Liqada mübarizə aparan klublarla danışıqlara start verib. Onun hansı klubda oynayacağı isə bir neçə günə konkretləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right