ÇSKA-nın futbolçusu Bakıya gəlir: "Buna görə xoşbəxtəm"

Bolqarıstanın "ÇSKA 1948" klubunun futbolçusu Emil Martinov yeni mövsümə Azərbaycanda başlayacaq.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu artıq "Səbail"lə anlaşıb.

Saytımıza açıqlama verən bolqar yarımmüdafiəçi sabah Bakıya gəldiyini bildirib: "Bəli, "Səbail"lə anlaşmışam. Təbii ki, buna görə xoşbəxtəm. Sabah Bakıya uçuram. Bu komandada, Azərbaycanda oynamışam və mənim üçün xoşdu geri qayıtmaq. Fikrimcə, əla mövsüm keçirə biləcəyik".

Ötən mövsümə "Arca"da başlamış futbolçu mövsümü "ÇSKA 1948" klubunda başa vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right