Canni De Byazi: "Son vuruşlarda çatışmazlıqlar var"

UEFA Millətlər Liqası çərçivəsində Serbiyanın Novi Sad səhərində keçirilmiş Belarus – Azərbaycan qarşılaşmasından sonra təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazi matçla bağlı danışıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı məşqçi görüş haqda bunları deyib:

"Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticə baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik.

Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kim inkişaf edirik.

Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right