"Zirə"nin məşqçisi: "Rəşad Sadıqovun əməyi görünür"

"Zirə" Azərbaycan Premyer Liqasının 28-ci turunda "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edərək, mövsümü bürünc medalla tamamlayıb.

Newsport.az-in məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın məşqçisi Vaqif Paşayev açıqlama verib:

- Oyun bizim üçün çətin keçdi. İlk hissədə bəzi şeylər alınmırdı. Amma ikinci hissədə oyuna nəzarəti ələ aldıq. Nə qədər istədik ki, qol vuraq, alınmadı. Əlbəttə mövsümü qələbə ilə başa vurmaq istəyirik. Bürünc medal qazandığımıza görə şadıq. Komandanı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovun əməyi görünür. Komanda çox yaxşı oyunlar oynadı. 35 ildir futboldayam. Bu, mənim ən xoş günlərimdən biridir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right