“Neftçi” irəlilədi, “Qarabağ” mövqeyini qorudu

Avropanın top komandalarının may reytinqi açıqlanıb.

Newsport.az saytının məlumatına görə, cədvəldə qitənin 450 ən güclü klubu yer alıb.

Ötən ayla müqayisədə siyahıda bəzi dəyişikliklər olub. Azərbaycanı reytinqdə üç komanda təmsil edir.

Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dır. Premyer Liqanın çempionunun mövqeyi dəyişməyib.

Qurban Qurbanovun yetirmələri 213 xalla qitədə 86-cıdır. Üç pillə irəliləyən “Neftçi” 30 xalla 241-cidir. 10 xal geri qalan “Qəbələ” 291-ci sırada qalıb.

Qeyd edək ki, siyahıya 2569 xala malik “Real” başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right