"10 günə komandada dəyişiklik edə bilmişəm" - "Şamaxı"nın baş məşqçisi

"Azarkeşləri qələbə ilə sevindirə bilmədiyimizə görə məyusam. Amma sevinirəm ki, 10 gün ərzində komandada dəyişiklik edə bilmişəm. İlk gündən hücum futbolu oynatmaq istəmişəm. Bu gün də bunun şahidi olduq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Qol vura bilmədiyimizə görə məyus oluram. Bəxtimiz gətirmədi. Ardıcıl acı məğlubiyyətlərdən sonra komandada ruh düşkünlüyü var idi. İlk gündən futbolçularla söhbət edirdim ki, bunu unudaq, növbəti oyunlara baxmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. Çətin psixoloji durumdan tamamilə çıxdılar. Gələcək matçlarda bundan da yaxşı oyun gözləyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right