Mahir Zaqreb derbisində oynaya bilər

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Xorvatiya çempionatının 33-cü turunda keçiriləcək "Lokomotiva" ilə matçda oynaya bilər.

Newsport.az xəbər verir ki, 24 yaşlı hücumçunun şəkli  klubun bu oyun üçün hazırladığı posterdə yer alıb. Həmin posteri klub sosial şəbəkə hesablarında paylaşıb. 

Çiynindən zədələnən və Kiyev "Dinamo"su ilə xeyriyyə görüşünü buraxan Mahirin bu gün məşqlərə qayıdacağı gözlənilir. Əgər o, matçı günü çiynində ağrı hiss etməsə, böyük ehtimalla "Lokomotiva"ya qarşı oynayacaq.

Qeyd edək ki, mayın 1-i keçiriləcək Zaqreb derbisi Bakı vaxt ilə saat 21:05-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right