"Azərbaycan haqda fikir bildirməyim çətin olacaq"

"Ordabası"nın belaruslu hücumçusu Vsevolod Sadovski Millətlər Liqasında Slovakiya, Azərbaycan və Qazaxıstanla eyni qrupda mübarizə aparacaq Belarus millisinin şanslarını dəyərləndirib.

Newsport.az “meta-ratings” portalına istinadən xəbər verir ki, belaruslu hücumçu millisinin şanslarını belə dəyərləndirib:

“Düzünü desəm, milli komandaları heç izləmirəm. Ona görə də Slovakiya və Azərbaycan haqda fikir bildirməyim çətin olacaq. Hər hansı proqnoz verə bilmərəm. Belarus və Qazaxıstana gəlincə, bu iki komandanı tanıdığıma görə deyə bilərəm ki, görüşlər çox maraqlı və prinsipial keçəcək. Ciddi mübarizə gedəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right