“Azərbaycan millisinin necə komanda olduğunu söyləmək çətindir”

Qazaxıstanın “Ordabası” klubunun belaruslu hücumçusu Vsevolod Sadovski UEFA Millətlər Liqasında ölkəsinin də yer aldığı C Liqasının 3-cü qrupundakı komandaları dəyərləndirib. Newsport.az xəbər verir ki, o, Qazaxıstan mətbuatına açıqlamasında bunları söyləyib:
 
“Yığmaların oyunlarını izləmədiyim üçün Slovakiya və Azərbaycanın necə komanda olduğunu söyləmək mənim üçün çətindir. Ona görə də oyunlarla bağlı proqnoz verməyəcəyəm. Belarus və Qazaxıstana gəlincə, iki yığma arasındakı görüşlər çox maraqlı və prinsipial olacaq. Hər iki kollektivi çətin mübarizə gözləyir”.
 
Qeyd edək ki, 3-cü qrupda Azərbaycan, Qazaxıstan, Belarus və Slovakiya seçməsi mübarizə aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right