"Bununla qürur duya bilərik" Dmitri Nazarov

"Erzgebirge"də çıxış edən millimizin futbolçusu Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasının 30-cu turunda "Haydenhaym"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 2-ci Bundesliqada qalmaq şanslarını dəyərləndirib: “Qalan oyunlara bu matçdakı münasibətlə yanaşsaq, aşağı liqaya düşmək şansımız az ola bilər. Çox cəsarətli oynadıq. Bununla qürur duya bilərik. Heç kim turnir cədvəlinə baxmasın, biz qalib gəlməyə çalışırıq".

Qeyd edək ki, Aue təmsilçisi hazırda 22 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right