"Zirə"də ciddi itki: Müdafiəçi üçün mövsüm bitdi

"Zirə"nin heyətində ciddi itki baş verib.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Rahil Məmmədov sıradan çıxıb.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, bud nahiyəsindən zədə alan 26 yaşlı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə onun mövsümün qalan hissəsində oynamayacağı deməkdir.

 

Qeyd edək ki, "Zirə" Rahil Məmmədovu qış fasiləsində "Qarabağ"dan mövsümün sonuna kimi icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right