U-21 yığmamızın futbolçusu Latviya klubunun düşərgəsinə qoşuldu

21 yaşlılardan ibarət yığma komandamızın üzvü Şakir Seyidovun "Dauqavpils"ə keçmək ehtimalı barədə yazmışdı.

Newsport.az-ın məlumatına görə, Seyidov artıq Latviyaya yollanıb.

O, komandanın dünənki axşam məşqində iştirak edib. Uzun müddətdir ki, vizasını almağa cəhd edən futbolçu istəyinə çatıb və Latviyaya yollanaraq komandanın düşərgəsinə qoşulub.

Futbolçunun növbəti turdan Latviya çempionatında oynayıb-oynamayacağı isə klubun onun adını nə qədər tez sifariş etməsindən asılı olacaq.

Şakir qarşıdakı altı ayı icarə əsasında "Dauqavpils"də keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right